Levan Koberidze - Fraksiya iclasında dəstə daxilində mövcud olan məsələlər müzakirə olunacaq, ancaq bugün Eka Beselianın çıxardılmasını gözləmirik
Parlament əksəriyyətinin deputatı Levan Koberidze bəyan edir ki, “Gürcü Arzusu” fraksiyasının bugünki iclasında Hüquqi Məsələlər üzrə komitəsinin sabiq sadri Eka Beselia haqqında müzakirə gözlənilmir və daha çox dəstə daxilində mövcud olan digər məsələlər müzakirə olunacaq.
Bu barədə Koberidze jurnalislərə iclas başlamadan öncə bəyan etdi.
“Bugün Eka Beselia ilə bağlı müzakirənin aparılmasını gözləmirəm” – dedi Koberidze.
Eka Beselianın korrupsiya yollaşmasında ehtimal edilən iştirakı ilə bağlı isə, Koberidze bəyan etdi ki, bu məsələ haqqında birşey eşitməyib.
Xatırladaq ki, “Gürcü Arzusu” fraksiyasının ofisində iclas keçirilir, hansında Bidzina İvanişvili də iştirak edir.