Levan Xarabadze Şida Kartlinin dövlət müvəkkili təyin edilib
Levan Xarabadze Şida Kartlinin dövlət müvəkkili təyin edilib

Levan Xarabadze Şida Kartlinin dövlət müvəkkili təyin edilib. Baş nazir İrakli Kobaxidze bu gün Hökumət Administrasiyasında yeni qubernatorla görüşüb. Məlumatı Hökumət Administrasiyası yayır.

Baş nazir Levan Xarabadzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb və regiondakı cari layihələrdən danışıb. Görüşdə həmçinin Şida Kartlinin inkişafının təşviqi istiqamətində planlaşdırılan layihələr müzakirə olunub.

Hökumət Administrasiyasının yaydığı məlumatda yeni qubernatorun ixtisasca hüquqşünas olduğu deyilir. O, indiyədək Daxili İşlər Nazirliyinin Quriya Polis İdarəsinin direktoru vəzifəsində çalışıb. Uzun illər rəhbər vəzifələrdə iş təcrübəsi var.

Levan Xarabadze Şida Kartlinin dövlət müvəkkili vəzifəsində Mixeil Şağulaşvilini əvəz edib.