Levan Xabeişvili - partiya siyasətini qanuni şəkildə seçilən hakim dairədən yürütmək mümkündür, əgər kimsə öz partiyasını istəyirsə, bu, onun işidir
Levan Xabeişvili - partiya siyasətini qanuni şəkildə seçilən hakim dairədən yürütmək mümkündür, əgər kimsə öz partiyasını istəyirsə, bu, onun işidir

 
Hamıya səslənirəm sadəcə olaraq seçicilərin müəyyən etdiyi nəticələrlə barışın-bu barədə “Milli Hərəkat”ın sədri Levan Xabeişvili partiyanın keçmiş sədrinin, Nika Melianın yeni ofis açaraq partiya nümayəndələri ilə görüşlər keçirməsi haqqında mətbuatda yayılan məlumatlara münasibət bildirərkən açıqlayıb.

“Hamını bir olmağa çağırıram. “Milli Hərəkat”ın birinci turda qalib gəlmiş yüksək legitimliklə seçilmiş sədri var, bundan irəli gələrək, hamıya səslənirəm sadəcə olaraq seçicilərin müəyyən etdiyi nəticələrlə barışın, bu səbəbdən Bidzina İvanişviliyə qarşı birlik vacibdir. Nəsə siyasəti, partiya siyasətini ancaq qanuni yolla seçilən hakim dairədən yürütmək olar və konkret insanlar şəxsi, subyektiv fikirlərindən irəli gələrək hansısa ofislər açaraq öz partiyasına da sahib ola, öz siyasətini də müəyyən edə bilərlər”-deyə Levan Xabeişvili qeyd edib.

O, hamını bir olmağa çağırdığını deyir.

“Bidzina İvanişvili ölkəmizin düşmənidir, Levan Xabeişvili bizim düşmənimiz ola bilməz, Levan Xabeişvili ilə mübarizə gürcü xalqı üçün prioritet ola bilməz. Bu heç kim tərəfindən ciddi bir hərəkət sayılmayacaq. Bu səbəbdən bir daha hamıya səslənirəm, güc birlikdədir. Hər kəs partiyaya gələ bilər və müvafiq olaraq kimsə öz partiyasını istəyirsə, bu onun işidir, mənim işim deyil. Bu, onların konstitusion hüququdur” – deyə Levan Xabeişvili açıqlayıb.