Levan Xabeişvili - Çox çətin reallıq var və biz həlledici döyüşə hazırlaşmalıyıq
Levan Xabeişvili - Çox çətin reallıq var və biz həlledici döyüşə hazırlaşmalıyıq

 

“Dünən prosesləri tam şəkildə DTX, Rus Arzusu və Çinçaladze idarə edirdi! Dünən seçilən Ali Ədliyyə Şurasının üzvləri Zurab Benaşvili və Tristan Kuraspaşvilinin həyat yoldaşları Apellyasiya Məhkəməsində Çinçaladzenin işçiləridir!

Tristan Benaşvilinin həyat yoldaşı Tatia Dzmanaşvilidir, o, Apellyasiya Məhkəməsində Çinçaladze ilə işləyir. Kuraspaşvilinin həyat yoldaşı Tako Bliadzedir və bu şəxs də Çinçaladze ilə işləyir…

Tristan Benaşvili də Appelyasiya Məhkəməsində, sədrin bürosunda işləyirdi. O, Çinçaladzenin dayaqlandığı kadrıdır. Seçimdən əvvəl onu GNERC-ə keçirdilər, guya başqa sistemin işçisi idi…

Yaxın vaxtlarda Çinçaladze onları hakim təyin etməyə və klanı daha da gücləndirməyə çalışacaq.

Rusiyalı oliqarx İvanişvilinin “Kartu” Bankını təmsil edən hökumət , bank oliqarxiyası, mafioz qrupu və paylanmış biznesləri, təsirlər… Cibə qoyulmuş məhkəmə – bu, bütün vətənpərvər insanların, siyasətçilərin, müxalifət kanallarının əsas hədəfi olmalıdır. Vaxtınızı nəyə sərf edirsiniz? Niyə insanlara ümidsizlik aşılamağa çalışırsınız?  

Çox ağır reallığımız var və biz həlledici döyüşə hazırlaşmalıyıq!!! Biz mütləq Putinist rejimə qarşı qalib gələcəyik” – Levan Xabeişvili “Facebook”da yazıb.