Levan Karumidze – Parlament sədrinin Yunanıstana səfəri Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasını təşviq etmək prosesinə xidmət edir

17:33, 20.10.2021

Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava Yunanıstanın paytaxtına səfərə başlayıb.

Gürcüstan Parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, Kaxa Kuçava Afinada Avropa Şurasına üzv dövlətlərin Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək və iştirakçılara müraciət edəcək.

Onların sözlərinə görə, səfər çərçivəsində Gürcüstan Parlamentinin sədri yunan həmkarı ilə ilk görüşü keçirəcək.

Görüşdən sonra iki ölkə parlamentlərinin spikerləri birgə bəyanatla çıxış edəcəklər.

Avropaya İnteqrasiya Komitəsi sədrinin birinci müavini Levan Karumidze də Yunanıstandadır.

“Bu səfər Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası prosesini asanlaşdırmağa və Gürcüstan ilə Yunanıstan arasında parlament səviyyəsi də daxil olmaqla dostluq və isti münasibətləri daha da gücləndirməyə xidmət edir”, – dedi Levan Karumidze.

Oxşar