Levan Karumidze - Adeişvili başqasının cinayətlərini araşdırmazdan əvvəl öz cinayətlərinə görə cavab verməlidir
Adeişvili başqasının cinayətlərini araşdırmazdan əvvəl öz cinayətlərinə görə cavab verməlidir-bu barədə Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsi sədrinin birinci müavini Levan Karumidze sosial şəbəkədə yazır.
“Məhkum edilmiş və tanınmış sadistin insan hüquqlarına və qanunun aliliyinə zəmanət verən bir qurumda qəbul edilməsi ən azı, yersizdir. Adeişvili başqasının cinayətlərini araşdırmazdan əvvəl ilk növbədə öz cinayətlərinə görə cavab verməlidir” – deyə Karumidze yazır.