Levan Karanadze - "Lufthansa" Tbilisi və Münhen arasında müntəzəm reyslər yerinə yetirəcək
Gürcüstan hökuməti 9 iyul iclasında hökumətin №322 “İzolasiya və karantin qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklikləri təsdiq etdi.
Tbilisi və Münhen arasında birbaşa müntəzəm beynəlxalq reyslərin bərpasına aid olan dəyişikliklər, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən təhrik olunacaq.
Mülki Aviasiya Agentliyinin direktoru, Levan Karanadzenin bəyan etdiyinə görə, Agentlik “Lufthansa” alman aviaşirkəti ilə artıq məsləhətləşmələr apardı. Aviaşirkət hazır olduğunu bildirdi ki, ən geci avqustda, həftədə iki dəfə, Tbilisi və Münhen arasında müntəzəm reyslərin həyata keçirilməsinə başlasın.