Levan İzoria - NATO standartlarını qane edən, əhəmiyyətli müvəffəqiyyətimiz var
Levan İzoria - NATO standartlarını qane edən, əhəmiyyətli müvəffəqiyyətimiz var

“Müdafiyə nazirliyində islahatlar ölkənin özünü müdafiyə qabiliyyətini gücləndirmək, NATO standartlarına yaxınlaşmaq məqsədi ilə keçirilir, ki hər bir vətəndaşımız özünü müdafiyə altında hiss etsin” – bu bəyanatı Gürcüstanın Müdafiyə Naziri Levan İzoria parlamentdə, illik hesabatla çıxış edərkən verdi.

Naziri parlament deputatları müdafiyə komitəsinin iclasında dinləyirlər. Levan İzoria əsas diqqəti Müdafiyə Nazirliyində  planlaşdırılan islahatlara yetirdi.

“İslahatlar nəticsində, bizi NATO standartlarına yaxınlaşdıran əhəmiyyətli müvəffəqiyyətimiz var. Optimizasiyayı ona görə keçiririk ki, bütün maliyyə xərcləri ölkənin özünü müdafiyə qabiliyyətinin gücləndirilməsinə xərclənsin.

Maaş xərclərinin 53% faizi 2018-ci ilin büdcəsinə xərclənəcək və bu NATO standartıdır. Maliyyə xərcləri əsasən, silahlandırmaya gedəcək. Tarixi hadisədir ki, bu il tanka qarşı “Cavelin” sistemlərini aldıq” – dedi Levan İzoria.