Gürcüstanın Müdafiyə Naziri Levan İzoria erməni koleqası Vigen Sarqsianı qəbul etdi.
Müdafiyə Nazirinin məlumatına görə, nazirlər iki ölkə arasında müdafiyə sahəsində mövcud olan əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Levan İzoria erməni qonağına Ermənistanın silahlı qüvvələrinin nümayəndələrinə Saçxere dağ hazırlıq məktəbində təlim kursu keçməyi təklif etdi.
Levan İzoria ümid bildirdi ki, 2018-ci ildə, “ləyaqətli partnyor” adlı müxtəlif təlimlərdə (Noble Partner) və “möhkəm ruh” (Agile Spirit) adlı təlimlərdə gürcü və erməni hərbçiləri birgə iştirak edəcəklər.
Görüşdə Müdafiyə Nazirinin birinci müavini Lela Çikovani və Gürcüstanda Ermənistan Respublikasının hərbi attaşesi, polkovnik Samvel Ramazyan iştirak edirdilər.
Ermənistan respublikasının prezidenti Serj Sarkisyanın rəhbərliyi ilə, erməni nümayəndə heyyəti Tbilisiyə iki günlük rəsmi səfərlə gəlmişdi.