Gürcüstanın Müdafiyə Naziri Levan İzoria, silahlı qüvvələrin sabiq serjantı Arçil Tatunaşvilinin ailəsinə baş sağlığı vermək üçün Tsilkaniyə getdi.
Bu barədə məlumatı Müdafiyə Nazirliyi yayır.
Levan İzorianın bəyanatına görə, Arçil Tatunaşvili işğalçı rejimin qurbanı oldu.
Müdafiyə Naziri ilə bərabər Tsilkaniyə, vəfat edənin ailəsinə baş sağlığı vermək üçün Gürcüstanın Silahlı Qüvvələr qərargahının rəhbəri general-mayor Vladimer Çaçibaia, onun müavinləri və qərargahın digər nümayəndələri getdilər.