Levan İoselianinin verdiyi məlumata görə, məhkəmə islahatları üzrə işçi qrupu yaradılacaq, qrup artıq həyata keçirilmiş seçki islahatlarını öyrənəcək
Levan İoselianinin verdiyi məlumata görə, məhkəmə islahatları üzrə işçi qrupu yaradılacaq, qrup artıq həyata keçirilmiş seçki islahatlarını öyrənəcək

 

Parlamentin vitse-spikeri, Levan İoselianinin verdiyi məlumata görə, məhkəmə islahatları üzrə işçi qrupu yaradılacaq, qrup artıq həyata keçirilmiş seçki islahatlarını öyrənəcək.

İoselianinin jurnalistlərə də açıqladığı kimi, parlamentin sədri ilə keçirilən görüş məhkəmədəki problemlərlə bağlı olub. O, hazırkı mərhələdə siyasi partiyaların işçi qrupunun yaradılması ilə bağlı razılığa gəldiyini, siyasi qrupların həyata keçirilən islahatları qiymətləndirəcəyini və məsələyə dair öz baxışlarını hazırlayacağını bildirib.

“Ayın sonunda biz öz qiymətləndirmələrimizi edəcəyik və çıxış yolunun nə olduğunu müzakirə etməyə başlayacağıq. Yekun olaraq nəyə varıb-varmayacağımıza dair bu gün danışılmayıb. Həyata keçirilən islahata hamı fərqli baxır – kimsə bunun uğurlu olduğunu, kimsə uğursuz olduğunu düşünür və bu cür qiymətləndirməni bütün partiyalar birlikdə hazırlayacaq və daha sonra biz bu qiymətləndirmələri müzakirə edəcəyik” – deyə İoseliani bildirib.

Hazırda parlament sədrinin kabinetində məhkəmə islahatı ilə bağlı siyasi partiyalar arasında görüş keçirilir.