Levan İoseliani - "Quruculuq Strategiyası", “Lelo” və “Milli Hərəkat”ın siyasi addımları məni daha az maraqlandırır, 12 rekomendasiyanın yerinə yetirilməsi adlanan ümumi məqsədə zərər vururlar
Levan İoseliani - "Quruculuq Strategiyası", “Lelo” və “Milli Hərəkat”ın siyasi addımları məni daha az maraqlandırır, 12 rekomendasiyanın yerinə yetirilməsi adlanan ümumi məqsədə zərər vururlar

 
Paralel proses təkcə 12 bəndlik razılaşmanın ideyasına deyil, həm də avropalı dostların hamının iş prosesinə qoşulması istəyinə birbaşa ziddir -bu barədə “Vətəndaşlar” partiyasının üzvü Levan İoseliani bildirib.

O, paralel prosesin çaşqınlıq yaratdığını və konkret partiyaların gündəliyinə hesablandığını bildirib və qeyd edib ki, bu son nəticədə ölkənin maraqlarına uyğun ola bilməz, çünki bu, partiya marağıdır.

“Fikrimcə, hamı partiya separatizmindən əl çəkməli, parlamentdə yaradılmış və Avropa Komissiyası tərəfindən yaradılması tövsiyə edilən, nə “Gürcü Arzusu”nun, nə də müxalifətin olmayan işçi qruplarında işləməlidir. Qiorqi Vaşadzenin bir çox addımlarını başa düşmədiyimə görə onun motivasiyası barədə danışmaqda çətinlik çəkərdim . “Quruculuq Strategiyası”, “Lelo” və “Milli Hərəkat”ın siyasi addımları məni daha az maraqlandırır, bu partiyalar öz addımları ilə 12 rekomendasiyanın yerinə yetirilməsi adlanan ümumi məqsədə zərər vururlar”- deyə Levan İoseliyan bildirib.