Levan İoseliani Quriyada təbii fəlakət nəticəsində baş vermiş faciə səbəbiylə məyusluğunu bildirir və həlak olanların ailələrinə başsağlığı verir
Levan İoseliani Quriyada təbii fəlakət nəticəsində baş vermiş faciə səbəbiylə məyusluğunu bildirir və həlak olanların ailələrinə başsağlığı verir

 
Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani Quriyada təbii fəlakət nəticəsində baş vermiş faciə səbəbiylə məyusluğunu bildirir və həlak olanların ailələrinə başsağlığı verir.

Levan İoseliani xilasetmə xidmətinin əməkdaşlarının itkin düşən yeniyetmənin tapılması və onun xilas edilməsi istiqamətində səylərini əsirgəməyəcəklərinə ümidvar olduğunu bildirib.

“Güclü yağış Quriyada sel və torpaq sürüşməsinə səbəb olub. Yaşayış evləri dağılıb və evləri su basıb, ev heyvanları tələf olub, bitkilər və əkinlər məhv olub, körpülər sıradan çıxıb. Quriyadakı cari fəlakətdən zərərçəkənlərin dövlətin dəstəyinə ehtiyacı var”-deyə Levan İoseliani bildirir.