Levan İoseliani - xalq müdafiəçisinin nümayəndəsi Kutaisi və Batuminin cəzaçəkmə müəssisələrində olub, hazırda hər hansı iğtişaşla bağlı məlumat təsdiqlənməyib
Levan İoseliani - xalq müdafiəçisinin nümayəndəsi Kutaisi və Batuminin cəzaçəkmə müəssisələrində olub, hazırda hər hansı iğtişaşla bağlı məlumat təsdiqlənməyib

 

Xalq müdafiəçisi Kutaisinin 2 saylı və Batuminin 3 saylı cəzaçəkmə müəssisələrində qiyamla bağlı yayılmış məlumatlara münasibət bildirib.

Levan İoselianinin açıqlamasında qeyd edildiyi kimi, Xalq Müdafiəçisinin nümayəndəsi adıçəkilən qurumlarda olub və hazırda hər hansı iğtişaşlar barədə məlumat təsdiqlənmir.

“Xalq Müdafiəçisi aparatı vəziyyəti müşahidə etməyə davam edir və müraciət halında, bütün fərdi halları yoxlamağa hazırdır”- deyə xalq müdafiəçisinin bəyanatında deyilir.