Levan İoseliani - Xalq Müdafiəçisi Ofisi qadın siyasətçilərə qarşı ayrı-seçkiliyi gücləndirən və təhqiredici bəyanatları ətraflı qiymətləndirəcək
Xalq Müdafiəçisi Ofisi qadın siyasətçilərə qarşı ayrı-seçkiliyi gücləndirən və təhqiredici bəyanatları ətraflı qiymətləndirəcək və mütləq hesabatda əks olunacaq-bu barədə xalq müdafiəçisi Levan İoseliani açıqlayıb.
İoseliani bildirib ki, qadınlarla bu cür söhbət yolverilməzdir.
“Burada sadəcə olaraq deyim ki, fərqli fikir eşitmək nə qədər çətin olsa da, qadınlarla bu cür söhbət mənim üçün qəbuledilməzdir. Belə söhbət heç kimə ləyaqət qatmır və yalnız qadınlara qarşı ayrı-seçkilik münasibətini təşviq edir” -İoseliani yazır.