Levan İoseliani - hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istifadə edilən güc nisbətinin açıq-aşkar həddən artıq olması fərdi hallarda vizual olaraq da görünürdü
Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani Tbilisinin Baş Polis İdarəsində parlament ərazisində saxlanılan şəxsləri ziyarət edib.
İoselianinin bölməni tərk etdikdən sonra jurnalistlərə açıqladığı üzrə, o, saxlanılan bütün şəxslərlə şəxsən danışıb və onların saxlanılma şəraitini onlardan dinləyib.
“Mən bu təcridxanada olan bütün şəxslərə baş çəkdim. Buraya Zurab Caparidze də daxil olmaqla 25 nəfər yerləşdirilib. Caparidzedə zahiri xəsarət izləri qeydə alınır. Gördüyüm bütün xəsarətlərdən Zurab Caparidzedə vizual olaraq ən ciddi xəsarətlər müşahidə olunur. Digərlərində vizual olaraq belə xəsarətlər yoxdur. Bəlkə də həkimlər müvafiq rəyi yazmalıdırlar. Zurab Caparidze ilə şəxsən danışmışam, o, mənə necə saxlanıldığının təfərrüatlarını danışdı, eləcə də ifadə verib. Caparidzenin dediyi kimi, həbs edilən zaman ona xüsusi təyinatlıların əməkdaşlarından biri dəyənəklə zərbə endirib. Onun başında xəsarət var. İstintaq başlayıb, Zura məsələ ilə bağlı məlumatlıdır. Saxlanılmış bütün şəxslərlə şəxsən danışdım və onlar hansı şəraitdə həbs edildiklərini mənə təsvir etdilər. Aksiya ilə heç bir əlaqəsi olmayan insanlar var. Xalq müdafiəçisinin bununla bağlı dərc ediləcək ətraflı açıqlaması olacaq”- deyə Levan İoseliani açıqlayıb.
İoselianinin qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istifadə edilən güc nisbətinin açıq-aşkar həddən artıq olması fərdi hallarda vizual olaraq da görünür.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istifadə edilən güc nisbətinin açıq-aşkar həddən artıq olması fərdi hallarda vizual olaraq da görünürdü”-deyə Levan İoseliani açıqlayıb.
Bununla yanaşı, Levan İoseliani aksiyaya vəziyyətlə tanış olmaq üçün getdiyini açıqlayıb.
“Bütün bunları yerindəcə öyrənmək üçün aksiyaya getmişdim. Orada keçmiş siyasi mövqelərimə görə mənim mövqeyimlə razılaşmayan insanlar var idi. Bu iğtişaş, təhqiramiz sözlərlə müşaiyət olundu. Təbii ki, xalq müdafiəçisi aparatı bu gün də orada olacaq. Əməkdaşlarımız 24 saat boyunca aksiyada olacaq və gedişatını izləyəcəklər. Hər kəsi zorakılıqdan çəkinməyə, təhqiredici sözlər sərf etməməyə çağırıram, çünki yekunda bütün bunlar zorakılığa çevrilir”-deyə Levan İoseliani bildirib.
Həmçinin İoselianiyə İrakli Kobaxidzenin deputatların ünvanlarının yayıldığı bəyanatı ilə bağlı sual ünvanlanıb. İoseliani istənilən insana şəxsi hücumun qəbuledilməz olduğunu bildirib.
“İstənilən insana, onun ailə üzvünə qarşı şəxsi hücum qətiyyən yolverilməzdir” – deyə Levan İoseliani bildirib.