Levan İoseliani - hamıya, konkret insanların iş yerlərini öz siyasi ambisiyaları üçün qurban verməməyi tövsiyə edirəm
“Vətəndaşlar” partiyasının üzvü Levan İoselianinin sözlərinə əsasən konkret insanların iş yerləri siyasi ambisiyalara qurban verilməməlidir.
Levan İoseliani “Tsalenjixa meri siyahı hazırlayıb, “Gürcü Arzusu”nun tərəfdarlarını seçib və işdən azad edib”-deyə Mamuka Mdinaradzenin açıqlamasına münasibət bildirib.
İoselianinin qeyd etdiyi üzrə, ölkədə siyasi motivlərlə insanların işdən qovulması hələ bitməyib.
“Bu ölkədə insanların siyasi motivlərlə işdən qovulması hələ bitməyib. Əgər Tsalenjixada belə bir hadisə baş veribsə, bu, bir şeydən xəbər verir, əgər konkret siyasi partiya yenidən hakimiyyətə gəlsə, özünü Tsalenjixada olduğu kimi aparacaq. Bundan irəli gələrək, mən hamıya, konkret insanların iş yerlərini öz siyasi ambisiyaları üçün qurban verməməyi tövsiyə edirəm” – deyə İoseliani bildirib.