Levan İoseliani - hakimlərə sanksiya tətbiq edilməsini şərh etmək mənim mandatım çərçivəsindən çıxır
Məhkəmə ilə bağlı verilən tövsiyənin tam şəkildə yerinə yetirilməsi üçün məhkəmədə konkret addımların atılması vacibdir-bu barədə xalq müdafiəçisi Levan İoseliani açıqlayıb.
O, hakimlərə sanksiya tətbiq edilməsinə dair şərhin onun mandatı çərçivəsindən çıxdığını bildirib.
“Xalq müdafiəçisinin və bir zamanlar millət vəkili olaraq mənim də məhkəmə ilə bağlı bu illər ərzində düşündüyüm tövsiyələrdən, problemlərdən danışa bilərəm. Bu, Ədliyyə Şurasının formalaşması, Ədliyyə Məktəbinin ayrılması və şəffaflıq prosesinin qəbulu ilə bağlı idi. Bu, o cümlədən xalq müdafiəçisinin parlamentdəki nümayəndəsinin hər zaman vurğuladığı tövsiyələrin əsas siyahısıdır və biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
Fikrimcə, namizəd statusunun alınması nöqteyi-nəzərindən sanksiya tətbiq edilmiş hakimlərlə proses daha da mürəkkəbləşəcək, bu səbəbdən məhkəmə ilə bağlı verilmiş tövsiyənin tam şəkildə yerinə yetirilməsi və bu tövsiyənin icrasının heç bir sual qoymaması üçün məhkəmədə konkret addımların atılması vacibdir. Xalq müdafiəçisi o cümlədən ədalətli məhkəmə araşdırması hüququ hissəsində məhkəmənin çıxardığı qərarın tətbiqini öyrənir və bu istiqamətdə xalq müdafiəçisi bir zamanlar bir sıra tövsiyələr verib”- Levan İoseliani açıqlayıb.