Levan İoseliani - hadisəni indiki fəaliyyətimlə əlaqələndirmirəm, siyasətdə olarkən mənim qiymətləndirmələrimi bəyənməyən insanlar qəbuledilməz şəkildə etirazlarını ifadə etdilər
Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani parlament ərazisində dünənki aksiyada baş vermiş insidenti təəssüfdoğurucu hadisə adlandırır və bunu özünün xalq müdafiəçisi mövqeyində indiki fəaliyyəti ilə əlaqələndirmir.
İoseliani parlament ərazisində onun siyasətdə olduğu müddətdə verdiyi siyasi şərhləri bəyənməyən və qəbuledilməz şəkildə etirazlarını ifadə edən müxtəlif fikirli insanların olduğunu bildirib.
“Baş verənlər çox təəssüfdoğurucudur, amma bu hadisəni fəalliyyətimlə əlaqələndirmirəm. Siyasətdə olarkən mənim siyasi şərhlərimi bəyənməyən müxtəlif fikirli insanlar orada idilər və onlar buna hamı üçün qəbuledilməz formada etiraz etdilər” – deyə Levan İoseliani açıqlayıb.
O, sözügedən bəyanatı parlament ərazisində saxlanılan şəxsləri ziyarət etdiyi Tbilisi Baş Polis İdarəsində verib.
Məlumat üçün bildirək ki, parlamentin yaxınlığında keçirilən aksiya iştirakçıları əraziyə gələn xalq müdafiəçisi Levan İoselianini fiziki təhqirə məruz qoyublar. Aksiya iştirakçıları Levan İoselianini Rusiyanın qulu adlandırıb, üzərinə yumurta atıb, su töküblər. Levan İoseliani polis tərəfindən ərazidən uzaqlaşdırılıb.