Levan İoseliani - Gürcüstan dünyanın Rusiyaya yönəlik mesajlarını tamamilə bölüşür
Levan İoseliani - Gürcüstan dünyanın Rusiyaya yönəlik mesajlarını tamamilə bölüşür

 

Gürcüstan dünyanın Rusiyaya yönəlik mesajlarını tamamilə bölüşür – bu barədə Gürcüstan parlament nümayəndə heyətinin üzvü, vitse-spiker Levan İoseliani, Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında açıqlayıb.

Levan İoseliani assambleya iştirakçıları qarşısında çıxış edərək Rusiyanın təcavüzündən danışıb.

O, Birləşmiş Millətlər Təşkilatının 2022-ci ilin oktyabrın 9-da qəbul etdiyi qətnaməyə diqqət çəkərək Rusiyanın tarixin yanlış tərəfində olduğunu, yalnız 5 ölkənin sözügedən qətnaməni dəstəkləmədiyini bildirib.

Levan İoseliani assambleya üzvlərinə Gürcüstanın artıq Rusiyanın təcavüzünə məruz qaldığını, Gürcüstan əhalisinin BMT və Avropa Şurasının qətnamələrini dəstəklədiyini xatırladıb.

O bildirib ki, artıq öz ərazilərində Rusiya təcavüzünə məruz qalmış bir ölkə üçün Rusiyaya yönəlmiş dünya mesajını paylaşmamaq mümkün deyil.

Levan İoseliani Gürcüstanın Avropa strukturlarına inteqrasiyası məsələsinə də toxunub və qeyd edib ki, Gürcüstan əhalisinin Avropanın ayrılmaz hissəsi olmaq istəyinə heç nə mane ola bilməz.