Levan İoseliani dekabrın 7-8-də Kiyev və Varşavada görüşlər keçirəcək
Levan İoseliani dekabrın 7-8-də Kiyev və Varşavada görüşlər keçirəcək

 
Dekabrın 7-8-də Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani Kiyevdə rəsmi səfər çərçivəsində Ukrayna Parlamentinin ombudsmanı Dmitro Lubinets ilə görüş keçirəcək. Məlumatı Gürcüstanın Xalq Müdafiəçisi Aparatı yayır.

Qurumdan verilmiş məlumatda Levan İoselianinin Ukrayna və Avropada cari hadisələr, Ukrayna-Rusiya müharibəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər və insan hüquqlarının müdafiəsinin əhəmiyyətinin müzakirə olunacağı yüksək səviyyəli beynəlxalq insan haqları konfransında iştirak edəcəyi deyilir. Konfrans İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü ilə əlaqədar keçirilir.

Bundan əlavə, Gürcüstanın Xalq Müdafiəçisi Aparatından verilən məlumatda rəsmi səfər çərçivəsində ombudsmanın Varşavada ATƏT/DTİHB nümayəndələri ilə görüşəcəyi deyilir. Görüşlərdə ölkədə insan hüquqlarının müdafiəsinin vəziyyəti, Gürcüstanın Xalq Müdafiəçisi Aparatı ilə ATƏT/DTİHB arasında sıx və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.