Levan İoseliani - Bidzina İvanişvili siyasətə qayıtmalı və ölkədə gedən proseslərə görə açıq şəkildə öz üzərinə məsuliyyət götürməlidir
Levan İoseliani - Bidzina İvanişvili siyasətə qayıtmalı və ölkədə gedən proseslərə görə açıq şəkildə öz üzərinə məsuliyyət götürməlidir

 

Bidzina İvanişvili siyasətə qayıtmalı və ölkədə gedən proseslərə görə açıq şəkildə öz üzərinə məsuliyyət götürməlidir -deyə parlamentin vitse-spikeri Levan İoseliani bildirir.

İoseliani hansı qanunu qəbul etmələrindən asılı olmayaraq, onun İvanişviliyə şamil olunmayacağını, çünki onun proseslərdə qeyri-rəsmi şəkildə iştirak etdiyini hesab edir.

“Hansı qanunu qəbul etməyimizdən asılı olmayaraq, bir sadə səbəbə, Bidzina İvanişvilinin siyasi proseslərdə formal iştirak etmədiyinə görə bu ona şamil olunmayacaq. Lakin, hamımız İvanişvilinin proseslərdə qeyri-rəsmi şəkildə iştirak etdiyini çox yaxşı bilirik. Mən Bidzina İvanişvilinin siyasətə qayıtmalı və ölkədə gedən proseslərə görə açıq şəkildə öz üzərinə məsuliyyət götürməli olduğuna inananların sırasına aidəm. O, “Gürcü Arzusu”nun Avropa Komissiyasını namizəd statusunu qəbul etməyə inandırması halında, uğurun məsuliyyətini də öz üzərinə götürməlidir; Həmçinin, proses ölkə üçün acınacaqlı bitərsə, uğursuzluğa görə də məsuliyyəti öz üzərinə götürməlidir. Heç birimizdə İvanişvilinin “Gürcü Arzusu”nun qəbul etdiyi qərarlardan uzaq qalmamasına dair şübhə yoxdur” -deyə Levan İoseliani bildirir.