Levan İoseliani baş prokuror İrakli Şotadze ilə görüşüb
Levan İoseliani baş prokuror İrakli Şotadze ilə görüşüb

 

Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani baş prokuror İrakli Şotadze ilə görüşüb.

Xalq Müdafiəçisi Aparatından verilən məlumatda görüşdə ombudsmanın gələcək əməkdaşlıq istiqamətlərindən danışdığı deyilir.

“Tanışlıq xarakterli görüşdə qurumlar arasında əməkdaşlığın əhəmiyyəti, format və koordinasiya mexanizmləri, cinayət məcəlləsi siyasəti, qabaqlayıcı tədbirlərin tətbiqi təcrübəsi, qadınlara qarşı zorakılıq və femisid, yuvenal məcəllə, prokurorların ixtisaslaşması və digər məsələlər müzakirə edilib. Xalq müdafiəçisi gələcək əməkdaşlıq və onun çərçivəsində planlaşdırılan birgə tədbirlərin bir tərəfdən zərərçəkmişlərin, digər tərəfdən isə təqsirləndirilən və məhkum edilmiş şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdırılması istiqamətində real nəticələr verəcəyinə ümidvar olduğunu bildirib”-bu barədə Xalq Müdafiəçisi Aparatının yaydığı məlumatda deyilir.

Görüşdə həmçinin xalq müdafiəçisinin müavinləri Tamar Qvaramadze və Elene Ğuduşauri, baş prokurorun müavini Natia Merebaşvili, İnsan Hüquqlarının Müdafiəsi Departamentinin rəhbəri Salome Şenqelia iştirak ediblər.