Levan İoseliani Avropa Şurasının baş katibi, Mariya Peyçinoviç Buriç ilə görüşdü
Levan İoseliani Avropa Şurasının baş katibi, Mariya Peyçinoviç Buriç ilə görüşdü

Gürcüstanın Xalq Müdafiəçisi, Levan İoseliani Gürcüstanda rəsmi səfərdə olan Avropa Şurasının baş katibi, Mariya Peyçinoviç Buriç ilə görüşdü.

Xalq Müdafiəşisi aparatının məlumatına görə, görüşdə Avropa Şurasının baş katibi və Xalq Müdafiəçisi Gürcüstanda insan hüquqlarının müdafiəsi vəziyyətini nəzərdən keçirib, Avropaya inteqrasiya məsələsini və 12 bəndlik planın icrası prosesini vurğuladılar.

“Xalq Müdafiəşisi ofisin fəaliyyəti, cari layihələr, eləcə də 2023-2030-cu illər üçün insan hüquqları strategiyası və fəaliyyət planının təfərrüatları barədə danışdı.

Avropa Şurasının baş katibi hazırkı polarizasiya şəraitində müstəqil institutun xüsusi rolunu vurğuladı, insan hüquqları sahəsində uğurlu əməkdaşlığa görə Xalq Müdafiəçisinə təşəkkür etdi və bu təcrübənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi”, – Gürcüstanın Xalq Müdafiəşisi aparatının məlumatında deyilir.