Levan Ioseliani - alternativ proses 12 rekomendasiyanın həyata keçirilməsinə zərər verir
Levan Ioseliani - alternativ proses 12 rekomendasiyanın həyata keçirilməsinə zərər verir

 

Alternativ proses 12 rekomendasiyanın həyata keçirilməsinə zərər verir-bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Levan İoseliani bildirib.

Levan İoseliani, reqlament nəzərə alınmaqla yaradılmış və “Gürcü Arzusu” ilə ayrıca müzakirə formatı olmayan işçi qrupunun fəaliyyətinə müxalifət partiyalarının da qoşulmalı olduğunu bildirib.

“Müxalifətin bir hissəsinin “Gürcü Arzusu” ilə oturub danışmaq imkanı yoxdur, çünki onlar öz opponentlərindən rus və Putinin partiyası olaraq bəhs edirdilər, bundan irəli gələrək, ehtimal ki bu gün seçicilərə niyə onlarla əyləşərək danışmalı olduqlarını açıqlamaqda çətinlik çəkirlər” – deyə Levan İoseliani bildirib.