Levan İoseliani aksiyada saxlanılmış şəxsləri ziyarət edib
Levan İoseliani aksiyada saxlanılmış şəxsləri ziyarət edib

 
Altı nəfər Zahesi təcridxanasına gətirilib, mən bu gün onları ziyarət etdim, onlardan ikisi fiziki xəsarətlər olduğuna işarə edir, nümayəndəmiz izahat alır və müvafiq olaraq, biz bu məlumatı xüsusi istintaq xidmətinə göndərəcəyik-bu haqda xalq müdafiəçisi Levan İoseliani açıqlayıb.

Ombudsman bildirib ki, bu gün başqa təcridxanada saxlanılan şəxsləri də ziyarət edəcək.

“Gecə boyu nümayəndələrimiz ilkin saxlanılma təcridxanalarında olublar. Bir nəfərin Bokeria adına Klinikaya köçürüldüyünü bilirik. Buradan səkkiz nəfərin saxlanıldığı Diğomi təcridxanasına gedirəm. Onlarla da görüşəcəyəm. Mən onlardan hansı şəraitdə saxlanılmaları haqqında məlumat almaq istərdim. Burada gördüklərimdən ikisi xəsarətlərə işarə edir və birinin üz nahiyəsində görünür, ikinci özü deyir, xəsarəti görünmür” – İoseliani bildirib.