Levan İoseliani - axondroplaziya sindromlu uşaqların problemləri həll edilməlidir, Səhiyyə Nazirliyi və hakimiyyət məsuliyyət daşıyır
Axondroplaziya sindromlu uşaqların problemləri həll edilməlidir, Səhiyyə Nazirliyi və hakimiyyət məsuliyyət daşıyır-bu barədə xalq müdafiəçisi Levan İoseliani açıqlayıb.
Levan İoseliani Xalq Müdafiəçisi İdarəsinin vasitəçiliyi ilə hakimiyyət ilə valideynlər arasında razılığın əldə olunacağına ümidvar olduğunu bildirib.
“Axondroplaziya sindromlu uşaqların valideynlərinin tələblərinin səslənildiyi ilk gündən bu problemin həllinə Xalq Müdafiəçisi İdarəsi qoşulub və o vaxtdan biz uşaqların valideynləri ilə Səhiyyə Nazirliyi arasında vasitəçilik edirik. Bu gün də bu görüş bizim vasitəçiliyimizlə keçirilir. Nümayəndəmiz görüşdə iştirak edəcək və ümid edirəm Səhiyyə Nazirliyi valideynlərə onlar üçün məqbul olan təklif təqdim edəcək və ən azı onların seçdiyi etiraz formasına bu mərhələdə son qoyulacaq, çünki insani olaraq bunu çox dərindən hiss edirəm. Hamımız anaların hansı şəraitdə gecələməli olduğunu izləyirik. Bu məsələ öz həllini tapmalıdır və təbii ki, Səhiyyə Nazirliyi və hakimiyyət məsuliyyət daşıyır”- deyə Levan İoseliani açıqlayıb.