Levan Qoqiçaişvili - Əgər kimsənin müqaviləsi yanlış tərtib olunubsa, məhkəməyə müraciət etsin və qalib gəlsin, medya azadlığının buna aidiyyatı yoxdur
Parlament əksəriyyətinin üzvü Levan Qoqiçaişvilinin bəyanatına görə, Gürcüstan dövləti biznesmenlər tərəfindən şantajı qəbul etməyəcək.
Jurnalistlərlə söhbət zamanı Levan Qoqiçaişvili bəyan etdi ki, baş nazir bu mövzu ilə bağlı gərəkən bəyanatı verdi.
“Gürcü Arzusu iqtidarda olduğu sürəcə demokratiya möhkəm olacaq, ancaq heç bir medya vasitəsinə, iqtidarı şantaj etməyə imkan verilməyəcək ki, bizə müəyyən güzəştlər etməsəniz, çıxıb belə danışacam. Bunu etməyə çalışanlar yaxşı dərk etsinlər ki, hökümət belə şeyi qəbul etməyəcək” – dedi Qoqiçaişvili.
Levan Qoqiçaişvili “İberia” teleşirkətinin bəyanatına də səsləndi.
“Bu məsələdə əgər kimsə vaxt ilə yanlış müqavilə qoyubsa, və müqavilə qaydaları pozulursa, məhkəməyə müraciət edib, doğru olduğunu təsdiqləsin. Medya azadlığı ilə bu məsələnin heç bir əlaqəsi yoxdur” – dedi Qoqiçaişvili.