Levan Davitaşvili - yüksək iqtisadi artımın xüsusi əhəmiyyəti daha çox insanı işlə təmin etməyimiz və vətəndaşların ailələrində daha çox rifah yaranmasıdır
Son iki il ərzində Gürcüstanda ikirəqəmli iqtisadi artım qeydə alınır. Yüksək iqtisadi artımın xüsusi əhəmiyyəti daha çox insanı işlə təmin etməyimiz və vətəndaşların ailələrində daha çox rifah yaranmasıdır-bu barədə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili açıqlayıb.
“Təbii ki, iqtisadi artım özünü məşğulluqda da göstərir və Milli Statistika İdarəsinin məlumatında, 2022-ci ilin üçüncü rübünün göstəricilərilə, ötən ilin son rübü ilə müqayisədə işlə təmin olunanların sayının 114 min nəfər artdığı qeyd olunub”- deyə Levan Davitaşvili qeyd edib.
Milli Statistika İdarəsinin göstəricilərində Gürcüstanda məşğulluğun iqtisadiyyatın demək olar ki, bütün sahələrində artdığı, o cümlədən tikinti, ticarət və turizmlə bağlı fəaliyyətlərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunduğu bildirilir. İqtisadiyyat Nazirliyində işsizlik səviyyəsinin 15,6 faiz təşkil etdiyi və tarixi minimumda olduğu, əvvəlki ilin sonu – dördüncü rüblə müqayisədə isə 3,4 faiz bəndi azaldığı qeyd edilir.
“İşlə təmin olunanların sayı tarixi maksimumda, işsizlik səviyyəsi isə tarixi minimumdadır. Əminik ki, sürətli iqtisadi artımı qoruyub saxlasaq, ölkədə işsizlik daha da azalacaq və məşğulluq artacaq” -deyə vitse baş nazir qeyd edib.