Levan Davitaşvili - Ukraynadan olan məcburi köçkünlərə nəinki sığınacaq vermək, həm də onlara layiqli şərait yaratmaq üçün maksimal şəkildə dəstək olmaq istəyirik
Levan Davitaşvili - Ukraynadan olan məcburi köçkünlərə nəinki sığınacaq vermək, həm də onlara layiqli şərait yaratmaq üçün maksimal şəkildə dəstək olmaq istəyirik

 

Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin sözlərinə görə, Gürcüstanda Ukraynadan məcburi köçkün olan 20 minə qədər Ukrayna vətəndaşı var. Onun sözlərinə görə, bu məlumatlar təxmini və qeyri-dəqiqdir.

” Ukraynadan olan məcburi köçkünlərə gəlincə, ölkəmizdə bir neçə min ukraynalı var, Ukrayna səfirliyindən 20 minə qədər Ukrayna vətəndaşı barədə məlumat verilib .Təbii ki, sərhəddə həm daxilolmalar, həm də çıxışlar qeydə alınır, müvafiq olaraq 20 min civarında olacağını gözləməliyik. Dəqiq məlumatlara malik olmaq çətindir, çünki bəziləri müharibədən əvvəl ölkəyə daxil olub və müharibə zamanı burada qalıb. Müharibə dövründə 20 mindən çox insan gəlib, lakin ölkədən çıxış edənlər də var” – deyə Levan Davitaşvili bildirib.

Levan Davitaşvili hökumət administrasiyasında keçirilən brifinqdə həmçinin dövlətin Gürcüstandakı ukraynalılara kömək etmək üçün gördüyü işlər barədə də danışıb.

Davitaşvilinin də qeyd etdiyi üzrə, dövlət məcburi köçkünləri təkcə sığınacaqla təmin etməklə qalmır, həm də sosial müdafiə baxımından layiqli şərait yaratmaq üçün çalışır.

” O ki qaldı dövlətin və maliyyə mənbələrinin nə işlə məşğul olmasına. Əsasən iki növ maliyyələşmə var- dövlət büdcəsindən, munisipal büdcələrdən ödənilən vəsaitlər və ikincisi isə özəl sektorun ianələridir. Bu halda, yəqin ki, donor yardımı da var. Konkret rəqəmlər söyləmək çox çətindir, yekun olaraq bu məlumatlar yəqin ki, dəqiqləşdiriləcək və biz məcburi köçkünlərin yaşayış şəraitinə yardım istiqamətində kimin, hansı hissəyə töhfə verdiyi barədə daha dolğun təsəvvürə malik olacağıq. İlk növbədə müharibə səbəbindən geri dönə bilməyənlər üçün proqram başlatdıq və mehmanxana xərcləri qarşılandı. Bu dövlət tərəfindən edildi. Həmçinin, yaşayış sahəsi istiqamətində yardımla bağlı munisipalitet səviyyəsində müxtəlif regionlarda, o cümlədən Tbilisi meriyasının da proqramları var idi. Daha sonra munisipal xidmətlərlə bağlı o cümlədən nəqliyyat xidmətləri, sərbəst gediş-gəliş, mərkəzləşdirilmiş səviyyədə həyata keçirilən bəzi ictimai xidmətlərə dair bəzi güzəştlər edildi. Bundan sonra Təhsil Nazirliyi şagird-gəncləri maliyyələşdirməyə başladı və məcburi köçkün gənclər üçün təhsil imkanları yarandı. Onların arasında tibbi xidmətlərin maliyyələşdirilməsinə də maraq var idi. Hökumət bununla bağlı müsbət qərar verib və Səhiyyə Nazirliyi sizə daha ətraflı məlumat verəcək, çünki müxtəlif nüanslar, müxtəlif xəstəliklər var. İstənilən halda biz bu insanlara təkcə sığınacaq, deyil həm də ən azı sosial müdafiə baxımından ölkəmizin edə biləcəyi qədər layiqli şərait yaratmaq istəyirik. Bilirsiniz ki, Gürcüstan ən zəngin ölkə deyil, bizim bir çox yerli problemlərimiz var, lakin biz məcburi köçkünlərlə bağlı bacardığımızı mütləq edəcəyik. Biz bu mövzuda çox şey etməyə və az danışmağa üstünlük veririk” -deyə Levan Davitaşvili bildirib.

Bununla yanaşı, ” Moldovada olduğu kimi məcburi köçkünlərin qəbulu üçün vəsaitin ayrılması ilə əlaqədar Aİ ilə danışıqlar aparılır mı ?” deyə ünvanlanan suala Davitaşvili cavabında bildirib ki, onlar tərəfdaşlarla danışıblar, lakin indiki mərhələdə Ukrayna vətəndaşlarına kömək üçün dövlət resurslarından istifadə edirlər.

” Təbii ki, biz tərəfdaşlarla, donorlarla danışdıq. Hazırda Gürcüstanın istifadə etmək üçün aldığı hər hansı bir paket yoxdur. Bu gün biz mövcud dövlət resurslarından tam şəkildə istifadə edirik, lakin baxaq. Əgər bizim daha çox resursumuz olarsa və bizə dəstək olsa, biz bunu yalnız müsbət qarşılayarıq” -deyə Davitaşvili bildirib.