Levan Davitaşvili - ticarət baxımından 2021-ci il ölkə tarixində rekord il olub, müsbət tendensiya 2022-ci ilin yanvarında da davam edib
Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin qiymətləndirməsinə görə, 2021-ci il ticarət baxımından ölkə tarixində rekord il olub və müsbət tendensiyanın 2022-ci ilin yanvarında da davam etməsi önəmlidir.
“Yanvar ayının xarici ticarətlə bağlı ilkin, kifayət qədər yaxşı göstəriciləri dərc edilib, göstəricilərdə ixrac əhəmiyyətli dərəcədə – 47,6 faiz artaraq 331,3 milyon dollara bərabər olub. Həmçinin, idxal da 38,5 faiz artaraq 778,1 milyon dollar olub. Ümumiyyətlə, 2022-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi rekord həddə yüksək olub və 1109,4 mln. ABŞ dolları təşkil edib” -deyə Levan Davitaşvili bildirib.
Onun verdiyi məlumata görə, FITCH reytinq şirkətinin Gürcüstanın suveren reytinqinin – “BB” səviyyəsində qorunub-saxlanılmasına dair qiymətləndirməsi ölkə iqtisadiyyatının stabil bərpası baxımından və investorlar üçün çox mühüm mesajdır.
” Reytinqin əsas müəyyənedicisinin etibarlı, effektiv siyasət olduğunu və ən əsası sabit “BB” reytinqini qoruyub-saxlamağımızın güclü idarəetmə indikatorları ilə əlaqədar olduğunu bilirsiniz, bu da həmçinin iqtisadiyyatın bərpasından xəbər verir”- deyə Levan Davitaşvili bildirir.