Levan Davitaşvili - Tbilisidə və regionlarda 500-dən çox məcburi köçkün ailəsinin üzərinə yaşayış evləri, yardımçı sahələr və kənd təsərrüfatı sahələri qanuniləşdiriləcək
Tbilisidə və regionlarda 500-dən çox məcburi köçkün ailəsinin üzərinə yaşayış evləri, yardımçı sahələr və kənd təsərrüfatı sahələri qanuniləşdiriləcək və mülkiyyətinə veriləcək- bu barədə iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili hökumətin bugünkü iclası başa çatdıqdan sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, məcburi köçkün ailələri yaşayış şəraitini yaxşılaşdıra biləcəklər.
“Bu gün hökumət bir neçə fərman qəbul edib. Ölkənin müxtəlif ərazilərində 500-dən çox məcburi köçkün ailəsinin üzərinə sahələr qanuniləşdirilib. Zuqdidi, Mtsxeta, Tsğaltubo, Xoni, Abaşa, Tbilisi, Batumi, Kutaisi, Poti – bu böyük şəhərlərdə və digər bölgələrdə. Ümumilikdə onlara həm yaşayış sahələri, həm də kənd təsərrüfatı sahələri verilib.
Bununla belə, 11 mənzil sahibi kondominium birliyi çərçivəsində əmlakın leqallaşdırıldığı ümumilikdə 75 məcburi köçkün ailəsi var, həmçinin ölkə üzrə müxtəlif ərazilərdə mülkləri qanuniləşdirilmiş 83 məcburi köçkün ailəmiz var. Onlar bu sahələrdən tam istifadə edə biləcək və yaşayış şəraitini yaxşılaşdıra biləcəklər. Biz Səhiyyə Nazirliyi ilə birlikdə köçkün ailələrinin bu yaşayış yerlərindən məqsədyönlü, qeyri-kommersiya məqsədilə istifadə etmələri üçün bu məsələnin üzərində işləmişik” – deyə Levan Davitaşvili bildirib.