Levan Davitaşvili - Şovidə həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstana başsağlığı verirəm, bu, hər birimiz üçün faciədir
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.
“Təbii fəlakət zamanı Racada insanların həlak olması ilə əlaqədar dərin məyusluğumu bildirirəm. Şəxsən öz adımdan və nazirliyin əməkdaşları adından həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstana başsağlığı verirəm – bu, hər birimizin faciəsidir! Ümid edirəm ki, qurbanların sayı artmayacaq, bunun üçün xilasetmə xidmətləri indi də yorulmadan çalışırlar. Həmçinin, ümid edirəm ki, hələ də fəlakət bölgəsində olan və kömək gözləyən və ya əlaqə saxlaya bilməyənlərin hamısı zərər görmədən ailələrinə qayıdacaqlar” – Levan Davitaşvili deyir.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.