Levan Davitaşvili - Şirkətlər almanın qiyməti olaraq, fermerlərə 22 tetri ödəsələr, 10 tetrilik kompensasiya alacaqlar
Bu il 120 min tondan artıq alma məhsulunu gözləyirik, xüsusi ilə də Şida Kartli rayonundan, – bu barədə bəyanatı Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili, hökümət iclası başa çatdıqdan sonra verdi.
“Bugün iqtidar almaların realizasiyası üçün subsidiyalar proqramının keçirilməsi ilə bağlı önəmli bir qərar verdi. Fermerlərin satılmamış məhsullarının qalmaması üçün, bir kiloqram alma üçün 10 tetrilik subsidiyalar olacaq. Bu deməkdir ki, əgər şirkətlər alma üçün fermerlərə 22 tetri ödəsələr, onlar 10 tetrilik kompensasiya alacaqlar, – dedi Levan Davitaşvili.