Levan Davitaşvili - Rusiya işğalçı olaraq qalır, siyasi hissədə fərqli vəziyyətdən danışmaq çətindir və bu vəziyyət bizim üçün 2019-cu ildən yox, 2008-ci ildən belədir
Levan Davitaşvili - Rusiya işğalçı olaraq qalır, siyasi hissədə fərqli vəziyyətdən danışmaq çətindir və bu vəziyyət bizim üçün 2019-cu ildən yox, 2008-ci ildən belədir

 
Rusiya işğalçı olaraq qalır və siyasi hissədə fərqli vəziyyətdən danışmaq çətindir, kommersiya hissəsinə gəlincə, burada da ardıcılıq – bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili açıqlayıb.

 “İndi ilə 2019-cu il arasındakı fərq Rusiyanın Ukraynaya təcavüz etməsidir və kiminsə qəddar təcavüzkar ölkədən hədiyyəni niyə təqdirə layiq olaraq görməsini bilmirəm”-deyə ABŞ-ın Gürcüstandakı səfirinin verdiyi bəyanat ilə bağlı Levan Davitaşviliyə sual ünvanlanıb.

Levan Davitaşvilinin qeyd etdiyi kimi, Gürcüstan strateji tərəfdaşların mövqelərinə, məsləhətlərinə hörmətlə yanaşır və sanksiyaların yerinə yetirilməsi sahəsində də sıx əməkdaşlığa malikdir.

“Sanksiyaların yerinə yetirilməsi baxımından bizim ABŞ-la bəlkə də nümunəvi əməkdaşlığımız var və şəxsən mənim sanksiyaların müəllifləri və siyasətinin müəyyən edicisi olan Ticarət Nazirliyinin nümayəndələri ilə mütəmadi görüşlərim olur. Bu məsələ təhlükəsizlik hissəsində nəzərə alınıb, təhlükəsizlik baxımından heç bir problemimiz olmayacaq, çünki biz ən sərt yanaşmanı seçmişik.

Nəyin dəyişdiyinə gəlincə – 2008-ci ildə Gürcüstan Rusiya ilə genişmiqyaslı müharibədə idi. Rusiya işğalçı olaraq qalır, siyasi hissədə fərqli vəziyyətdən danışmaq çətindir və bu vəziyyət bizim üçün 2019-cu ildən yox, 2008-ci ildən belədir. Siyasi hissədə diplomatik münasibətlər baxımından aydın, barışmaz olduğumuzu başa düşürük, çünki işğal münasibətlərimizdə problemdir. Kommersiya hissəsinə gəlincə, burada da ardıcılıq və bununla bağlı da dəfələrlə bəyanat vermişik”-deyə Davitaşvili açıqlayıb.