Baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri, Levan Davitaşvili Gürcüstan nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasına ikigünlük rəsmi səfər edəcək. Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.
İdarənin məlumatına görə, Gürcüstanın baş nazirinin müavini, Levan Davitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın rəsmi şəxsləri, o cümlədən respublikanın baş naziri ilə yüksək səviyyəli görüşlər keçirəcək. Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Mixail Cəbbərovla; Azərbaycan Respublikasının Energetika naziri, Pərviz Şahbazovla; Rəqəmsal inkişaf və Nəqliyyat naziri, Rəşad Nəbiyevlə də görüşlər planlaşdırılıb.
“Bakıda keçiriləcək görüşlər zamanı tərəflər iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi və müxtəlif sektorlarda daha sıx əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Azərbaycan bir çox sahə və sektorlarda Gürcüstanın ənənəvi strateji iqtisadi və ticarət partnyorudur. 2022-ci ilin ilk iki ayının göstəricilərinə görə, Azərbaycan Gürcüstanın üçüncü ticarət partnyorudur. Gürcüstanla Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi 248,81 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur. Həmin dövrdə Azərbaycana ixrac 92,34 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz çoxdur.
Nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavinləri – Quram Quramişvili və Romeo Mikautadze, baş nazirin müşaviri İoseb Tğemaladze, “Gürcüstan Dəmir Yollar” SC-nin baş direktoru Davit Peradze və Neft və Qaz Nazirliyinin baş direktoru Giorgi Baxtadze daxildir”, – məlumatda deyilir.