Levan Davitaşvili - Qara dənizdə nəqliyyat marşrutlarını inkişaf etdirmək və Orta Nəqliyyat Dəhlizini rəqəmsallaşdırmaq lazımdır
Qara dənizdə nəqliyyat marşrutlarını inkişaf etdirmək və Orta Nəqliyyat Dəhlizini rəqəmsallaşdırmaq lazımdır-bu barədə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.
“Gürcüstan hökuməti nəqliyyat infrastrukturunun inkişafı üçün vacib addımlar atır ki, bu da öz növbəsində Orta Tranzit Dəhlizinin səmərəliliyini artırır. 2014-cü illə müqayisədə irəliləyiş göz önündədir, Orta Dəhliz vasitəsilə Çindən Avropaya konteyner daşımaları artıb. Orta Dəhlizlə və müvafiq olaraq Gürcüstan ərazisindən daşınan yüklər 2021-ci ildə 10 000 TEU-nu keçib” -deyə Levan Davitaşvili bildirib.
Levan Davitaşvili infrastrukturun və dəhlizlə bağlı digər istiqamətlərin inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Bununla yanaşı, o Qara dənizdə nəqliyyat marşrutlarının və dəhlizlərinin rəqəmsallaşdırılmasının zəruriliyinə diqqət çəkib.
Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.