Levan Davitaşvili - pandemiya şəraitində Gürcüstanın turizm sahəsində müşahidə olunan azalma effektini tamamilə aradan qaldırdıq
Levan Davitaşvili - pandemiya şəraitində Gürcüstanın turizm sahəsində müşahidə olunan azalma effektini tamamilə aradan qaldırdıq

 

Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin sözlərinə görə, pandemiya şəraitində Gürcüstanın turizm sahəsində müşahidə olunan azalma effekti tamamilə aradan qaldırılıb. O, bu barədə Gürcüstan parlamentində çıxışı zamanı danışıb.

“Post-pandemiya dövründə iqtisadi artımın sürətləndirilməsi üçün turizmin sürətli bərpası mühüm əhəmiyyət kəsb edirdi və hökumət buna xüsusi diqqət yetirirdi – bir çox işlər görüldü və cari il üçün , bugünkü göstəricilərlə turizmdən əldə edilən gəlirlərin bərpa səviyyəsi 68,9% təşkil edib. Bu göstəricini turizm gəlirlərinin pik həddə olduğu 2019-cu illə müqayisə etmişik. Müvafiq olaraq, pandemiya şəraitində qeydə alınan azalma effektini tamamilə aradan qaldırmışıq”-deyə Levan Davitaşvili bildirib.

Onun sözlərinə görə, turizmdə əsas istiqamətlərdən biri yeni bazarları kəşf etməkdir.

“Artan turist axınını, artan gəlirləri görürük, müvafiq olaraq bütövlükdə turizm sektoruna aviasiyanın inkişafı ilə birlikdə baxırıq və əlavə hava gediş-gəlişinin və yeni uçuşların təşviq edilməsinin turist axınımızın artmasına böyük təsir göstərəcəyi düşüncəsindəyik”-deyə iqtisadiyyat naziri bildirib.