Levan Davitaşvili - özəl investor Qardabanidə 350-430 MVt. gücündə kombinə edilmiş dövrəli istilik elektrik stansiyası tikəcək
Özəl investor Qardabanidə 350-430 MVt. gücündə kombinə edilmiş dövrəli istilik elektrik stansiyası tikəcək – bu barədə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Hökumət Administrasiyasında keçirilən brifinqdə açıqlayıb.
“Yeni istilik elektrik stansiyasının tikintisinin mümkün qədər effektiv olması bizim marağımızdır. Bu, enerji sistemimizin sabitliyinə öz töhfəsini verəcək. Biz bərpa olunan enerji layihələri haqqında danışarkən, onların şəbəkəyə inteqrasiyası çox vaxt qeyri-mümkün olur, çünki sabit enerji mənbələrindən müvafiq gücümüz yoxdur. Sözügedən Qardabani layihəsi bu istiqamətdə də bizə daha çox bərpa olunan enerji layihələrini şəbəkəyə inteqrasiya etməyimizə kömək edəcək”- deyə Davitaşvili qeyd edib.
İqtisadiyyat Nazirliyi tərəfindən yayılmış məlumata əsasən hökumət Qardabani Munisipalitetinin ərazisində yeni, 350-430 MVt. gücündə kombinə edilmiş dövrəli istilik elektrik stansiyasının özəl investor tərəfindən tikilməsi ilə bağlı fərmanı müzakirə edərək təsdiqləyib. Bu məqsədlə MMC Qardabaninin “3 saylı İstilik Stansiyası”-nda “Gürcüstan Neft və Qaz Korporasiyası”na məxsus 100% hissə satılacaq. Səhmlərin satışı ilə əlaqədar korporasiyanın internet saytında maraqlanan şirkətlərdən təkliflərin qəbulu üçün hərrac elan ediləcək və korporasiya bu məqsədlə yaradılmış komissiya vasitəsilə hərrac keçirəcək.
“Yeni stansiyanın xalis səmərəliliyi ən azı 56 faiz olmalıdır. Bundan başqa, özəl investorun seçilməsi üçün əsas meyar bir MVt-a istilik stansiyasının tikintisi üçün ən aşağı kapital dəyəri olacaq – zəmanətli güc tarifi kapital xərclərə uyğun olaraq müəyyən edilir. Elektrik enerjisini mümkün qədər aşağı qiymətə almağımız vacibdir” – deyə vitse baş nazir açıqlayıb.
O, Qardabaninin “3 saylı İstilik Stansiyası”nın ən geci 4 ildən sonra istifadəyə verilməsi gərəkdiyini bildirib.
Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.