Levan Davitaşvili Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov ilə Orta Dəhlizin inkişafı məsələsini müzakirə edib
Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili “Tbilisi İpək Yolu Forumu”nda iştirak edən Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov ilə görüşüb.
Görüşdə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili də iştirak edib.
Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib, nəqliyyat və logistika istiqamətlərinə xüsusi diqqət yetirilib. Qeyd edilib ki, Özbəkistan Avropa ilə Asiya arasında ən qısa marşrut olan Orta Nəqliyyat Dəhlizində yük dövriyyəsinin artırılmasında maraqlıdır. Özbəkistan tərəfinin Gürcüstanın logistika sektoruna marağı da ifadə olunub.
Tərəflər həmçinin ikitərəfli ticarət, turizm, mülki aviasiya, HoReCa sektoru, maliyyə xidmətləri və digər sahələrdə əməkdaşlığı vurğulayıblar.
Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayıb.