Levan Davitaşvili Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri ilə görüşüdü
Levan Davitaşvili Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri ilə görüşüdü

Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov ilə görüşüb. Görüş BMT-ninTurizm Təşkilatının Ümumdünya Turizm Günü çərçivəsində keçirilib.

Görüşdə nazirlər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin prioritet istiqamətlərini müzakirə ediblər, turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. Özbəkistanın Gürcüstan üçün inkişaf edən turizm bazarlarından biri olduğu və bunun da, ölkələr arasında turist axınlarının dinamikasına müsbət təsir göstərdiyi qeyd olunub.

Qeyd olunub ki, 2023-cü ildə Özbəkistan Gürcüstana gələn xarici ziyarətçilərin sayına görə on dördüncü yerdə yerləşib – artım dinamikası 2024-cü ildə də davam edib və ilin birinci yarısında isə Gürcüstana əvvəlki ilin eyni dövrü ilə müqayisədə Özbəkistandan 27 faiz çox ziyarətçi gəlib.

Tərəflər həmçinin nəqliyyat, logistika, ticarət, liman infrastrukturu, emal sənayesi, tekstil və s. kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Son illərdə ölkələr arasında münasibətlərin daha çox inkişaf etməsinin yaxşı göründüyü, bunun da Gürcüstan-Özbəkistanın sonraki əməkdaşlığına müsbət təsir göstərdiyi qeyd olunub.

Görüşdən sonra Gürcüstan və Özbəkistanın turizm agentlikləri arasında əməkdaşlıq proqramı imzalanıb. O, 2024-2026-cı illər üçün nəzərdə tutulub və ölkələr arasında turizm sahəsində ən yaxşı təcrübələrin mübadiləsini, planlaşdırılan tədbirlər haqqında məlumat mübadiləsini, həmçinin, iki ölkənin turizm dairələrinin yaxınlaşmasını əhatə edir.