Levan Davitaşvili - ötən il işsizlik tarixi minimuma düşüb, 2023-cü ildə də tendensiyanı qorumağımız vacibdir
Keçən ilin yüksək iqtisadi artımı əmək bazarındakı müsbət tendensiyalarda özünü göstərdi, 2022-ci ildə işsizliyin səviyyəsi əvvəlki illə müqayisədə azalaraq tarixi minimuma – 17,3 faizə bərabər oldu – deyə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Hökumət Administrasiyasında keçirilən brifinqdə açıqlayıb.
“Ölkədə işsizliyin yenə də yüksək səviyyədə olduğunu başa düşürük, lakin müsbət tendensiyaya baxmalıyıq və bu baxımdan 2022-ci ildə işsizlik həqiqətən tarixi minimuma enib. 2022-ci ildə işlə təmin olunanların sayı 66,3 min nəfər artaraq 1 283,7 min nəfər təşkil edib. 2022-ci ildə məşğulluq səviyyəsi 42,9 faizə bərabər olub, bu da əvvəlki illə müqayisədə 2,5 faizlə çoxdur” -deyə Levan Davitaşvili qeyd edib.
İqtisadiyyat naziri bu göstəricilərin pandemiyadan əvvəlki göstəricilərdən xeyli yüksək olduğunu bildirib. O, bu tendensiyanın qorunub saxlanmasının və 2023-cü ildə də davam etməsinin vacib olduğunu qeyd edib.
“Lakin biz başa düşürük ki, məşğulluq və işsizlikdən danışanda olduqca mürəkkəb çağırışlar qarşısındayıq – bizim problemimiz işçi qüvvəsinin kvalifikasiyası və ya coğrafi çatımlılığın və işçi qüvvəsinə tələbat uyğun gəlməməsi kimi struktur işsizlikdir “- deyə iqtisadiyyat naziri qeyd edir.