Levan Davitaşvili – Ölkənin ərzaq ehtiyatları təhlükə altında deyil
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvilinin sözlərinə görə, ölkədə un idxalının rekord dərəcədə artmasına baxmayaraq, buğda ehtiyatı müəyyən edilmiş beynəlxalq norma daxilindədir.
Levan Davitaşvilinin sözlərinə görə, indiki mərhələdə ölkənin iki aylıq ehtiyatı var.
“Ərzaq ehtiyatları təhlükə altında deyil. Ən kritik qida ehtiyatlarını daim izləyirik. Bu halda söhbət əsasən buğdadan gedir. Ölkədə davamlı olaraq iki aylıq buğda ehtiyatımız var. Bu, “FAO” tərəfindən hazırlanmış beynəlxalq tövsiyədir. Məsələn, ötən ay 30 min tondan çox buğda idxal edilib, ona görə də ölkənin ərzaq ehtiyatları təhlükə altında deyil”, – Davitaşvili bildirib.
Məlumat üçün bildirək ki, Sakstat-ın məlumatına görə, oktyabrda ölkə 35 790 ton buğda alıb ki, bu da ümumilikdə 10,802 milyon dollar dəyərində olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2020-ci ildə 38 972 ton buğdanın dəyəri 7 milyon 967 min dollar olsa da, həcm əhəmiyyətli dərəcədə azalmayıb.