Levan Davitaşvili - neft və qazın həm axtarışı, həm də hasilatı sahəsinə sərmayələrin cəlb edilməsini maksimal şəkildə təşviq etmək dövlətin siyasətidir
Levan Davitaşvili - neft və qazın həm axtarışı, həm də hasilatı sahəsinə sərmayələrin cəlb edilməsini maksimal şəkildə təşviq etmək dövlətin siyasətidir

 

Tbilisi neft-qaz sektorunda çalışan 70-dən çox şirkətdən 200 nümayəndənin iştirak etdiyi Kontinental Avropa Enerji Şurasının 54-cü iclasına ev sahibliyi edir.

Forumun açılışını vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili edib.Vitse baş nazir salamlama nitqində Gürcüstana beynəlxalq kapitalın cəlb edilməsi üçün iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji sahəsində yaradılmış əlverişli investisiya mühitindən danışıb. O, Gürcüstan üçün enerji müstəqilliyinin vacibliyini vurğulayıb və hökumətin bu sahəyə beynəlxalq sərmayənin qoyuluşunu müsbət qiymətləndirdiyini bildirib.

“Bu istiqamət bütün dünyada, o cümlədən Gürcüstanda da enerji müstəqilliyinin yaranmış geosiyasi vəziyyətdən irəli gələrək getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda xüsusilə aktualdır. Gürcüstanın kifayət qədər neft və qaz ehtiyatlarına malik olması faktı keçmiş təcrübə ilə təsdiqlənir – 20-ci əsrin pik dövründə Gürcüstan təkcə Samqori vadisində üç milyon tondan çox neft hasil edə bilərdi. Bu, bizim üçün bu gün bir neçə perspektivli sahələrdə neft hasilatını artıra bilməyimiz üçün ilkin şərtdir” – deyə vitse baş nazir, Levan Davitaşvili bildirib.

Onun sözlərinə görə, bu vaxt üçün yatağın tədqiq edilməsini də nəzərdə tutan bir neçə lisenziya verilib .

“Biz neft hasilatına birbaşa başlamazdan əvvəl çoxlu geoloji tədqiqatlar aparılmalı olduğunu başa düşürük, lakin müassir texnologiya bizə geoloji və investisiya risklərini azaltmağa imkan verir, neft və qazın həm axtarışı, həm də hasilatı sahəsinə sərmayələrin cəlb edilməsini maksimal şəkildə təşviq etmək isə dövlətin siyasətidir. Ümid edirik ki, yaxın bir neçə illik perspektivdə biz Gürcüstanın neftə olan mövcud tələbatını tam ödəyə biləcəyik və həmçinin qaz istehlakımıza əhəmiyyətli töhfə verə biləcəyik ki, bu da hazırkı lisenziyalaşdırma tədqiqat işlərində olduqca perspektivli görünür” – deyə Levan Davitaşvili bildirib.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Neft və Qaz Milli Agentliyi tədbirin müştərək təşkilatçısıdır. Nazirin müavini Romeo Mikautadze və Neft və Qaz Milli Agentliyinin rəhbəri Qiorqi Tatişvili də həmçinin iclas iştirakçıları qarşısında məruzə ilə çıxış ediblər.

İclasda Gürcüstanın Qara dəniz şelfində təbii qaz ehtiyatlarını emal etməyi planlaşdıran OMV Petrom kimi böyük regional şirkətlər, həmçinin Exonn, DMT, Block energy və s. iştirak edir. Forum mayın 14-də başa çatacaq.

Məlumatı Gürcüstan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.