Levan Davitaşvili - "Namaxvan SES" layihəsi həyata keçirilməli və düzgün şəkildə həyata keçirilməlidir
“Namaxvan SES” layihəsi həyata keçirilməli və düzgün qaydada həyata keçirilməlidir-bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili hökumətin iclasından sonra bildirib.
“Təəssüf ki, real olaraq başqa bir layihənin gecikməsindən danışası oluruq və bu, təəssüf ki, bir çox müxtəlif tərəflərin birgə paylaşacağı məsuliyyətdir. Burada təkcə bir qolun probleminin olduğunu demirəm. İnvestorlar da daxil olmaqla kommunikasiya azlığı var idi. Həmçinin, hesab edirəm ki, bəzi qruplar tərəfindən həddini aşmış və bir qədər məsuliyyətsiz hərəkətlərə yer verildi , bu da layihənin davam etdirilməsinə mənfi təsir göstərdi və bu baxımdan Gürcüstan dövləti üçün müəyyən risklər yaratdı. Lakin, hesab edirəm ki, nəticə etibarı ilə bu layihə həyata keçirilməli və düzgün şəkildə həyata keçirilməlidir. Əhali ilə daha çox ünsiyyət qurulmalıdır. Bu layihə ilə bağlı məsələlərə dair çoxlu müzakirələr və suallar olub. Ona görə də bu haqda çox danışmağa ehtiyac yoxdur. Ən çox əməllər tələb olunur.
İctimai dövlətin iştirakına gəlincə, bəli, biz hesab edirik ki, enerji layihələri öz spesifikliyinə görə dövlətin daha çox iştirakını tələb edir və belə də olacaq. Bu, baş nazirin danışdığı yeni təşəbbüslərin tərkib hissələrindən biri olacaq” -deyə Levan Davitaşvili bildirib.