Levan Davitaşvili-Kənd Təsərrüfatı ilə bağlı böhran əleyhinə planla nəzərdə tutulmuş yaxşılıqlara dair məlumatı hər bir fermerə çatdırmalıyıq
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı naziri ,Levan Davitaşvili və Baş nazirinin Regional İnkişaf Məsələlər üzrə müşaviri Sozar Subari qubernatorlarla görüşüblər.
Levan Davitaşvili əhalinin anti-böhran planı barədə maksimum məlumatlı olmasının təmin edilməsində yerli özünüidarəetmə orqanlarının iştirakının vacibliyindən danışıb. Görüşdə qeyd olunub ki, nazirliyin müvafiq xidmətləri qubernatorlarla birlikdə kənd təsərrüfatı ilə bağlı anti-böhran planında nəzərdə tutulan proqramlar barədə fermerləri məlumatlandıracaq bütün əlaqələr(qollar) üzərində işləyəcəklər.
Baş nazirin Regional İnkişaf Məsələləri üzrə müşaviri Sozar Subarinin də qeyd etdiyi kimi, əsas olan,ölkənin bugünkü çətinlikləri ləyaqətlə dəf etməsi və böhranın hər bir insana minimal şəkildə əks olunmasıdır.
“Son illərdə kənd təsərrüfatının inkişafı üçün çox ciddi yardımlar göstərilib. Covid 19 –un səbəb olduğu böhranı aradan qaldırmaq üçün yardımlar paketi artırıldı. Bu faktiki olaraq , kənd yerlərində yaşayan və işləyən bütün insanlar üçün nəzərdə tutulub. Kənd təsərrüfatı ilə bağlı böhran əleyhinə planda nəzərdə tutulmuş proqramlar barədə məlumatların fermerlərə maksimum çatdırılması vacibdir , bu prosesə yerli özünüidarəetmə orqanlarının bütün qollarının fəal şəkildə qoşulması xüsusilə vacibdir “-deyə Sozar Subari bildirib.
Görüş iştirakçıları kənd təsərrüfatı istiqamətində bölgələrdəki mövcud prioritet məsələlərə dair müzakirələr aparıblar.
Məlumatı Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidməti yayır.
Hazırladı-Sevinc Mustafayeva