Levan Davitaşvili - Cari ilin (Rtveli) üzüm mövsumunun müvəffəqiyyətli keçməsi üçün dövlət bütün gərəkli mexanizmləri yaradıb
Levan Davitaşvili - Cari ilin (Rtveli) üzüm mövsumunun müvəffəqiyyətli keçməsi üçün dövlət bütün gərəkli mexanizmləri yaradıb

Milli Şərab Agentliyində şərab istehsal edən 60 şirkətin nümayəndələrinin görüşü keçirildi.

Görüşdə Ətraf Mühitin Müdafiyəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili də iştirak edirdi.

Nazir 2020-ci ilin Rtveli-üzüm sezonu ilə bağlı maliyyələşdirilmə və təşkilatçılıq məsələləri haqqında danışdı və Nazirlik təərfidən nəzərdə tutulan tədbirlər haqqında detallı məlumat verdi.

Nazirin dediyinə görə, cari ilin (Rtveli) üzüm mövsumunun müvəffəqiyyətli keçməsi üçün dövlət bütün gərəkli mexanizmləri yaradıb.

Nazirliyin qərarı ilə dövlət subsidiyalarını sadəcə elə şirkət alacaq, hansı ki, 2020-ci ildə, Kaxetidə 1000 kiloqramdan artıq Rkatsiteli və yaxud yaşıl Kaxeti üzümü alacaq və üzümün bir kilosu üçün 0,80 lari ödəyəcək.

Güzəştli aqrokreditlər isə, üzüm işlədən müəssisələrin 8 faizlik maliyyələşdirilməsini nəzərdə tutur.