Levan Davitaşvili - cari ayın sonu üçün yanacağın qiymətlərinin azalacağını gözləyirik
Levan Davitaşvili - cari ayın sonu üçün yanacağın qiymətlərinin azalacağını gözləyirik

 

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf və maliyyə nazirləri Levan Davitaşvili və Laşa Xutsişvili bu gün yanacaq satışı ilə məşğul olan iri şəbəkələrin nümayəndələri ilə görüşüblər.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda, görüşdə neft məhsullarının istehlak bazarındakı mövcud vəziyyətinin müzakirə olunduğu deyilir.

İqtisadiyyat Nazirliyində keçirilən və Milli Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadzenin də iştirak etdiyi görüşdə yanacaq bazarındakı proqnozlar, rəqabət məsələləri və marjanın minimuma endirilməsi imkanları müzakirə olunub. Levan Davitaşvili və Laşa Xutsişvilinin şəbəkə şirkətlərinin nümayəndələri ilə yanacağın qiymətləri ilə bağlı görüşləri Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin tapşırığı ilə keçirilir.

Vitse-baş nazir Levan Davitaşvili, özəl sektorla birlikdə yanacaq bazarında rəqabət, eləcə də yanacaqdoldurma məntəqələrində yanacağın mövcud qiymətlərinin aşağı salınmasını təmin edə biləcək ucuz yanacaq tədarükü mənbələrinin axtarışının müzakirə edildiyini bildirib.

O, hökumətin özəl sektorla birlikdə fəal işlədiyini və qiymətlərin aşağı salınması üçün maksimum imkanları nəzərdən keçirdiyini bildirib.

Görüşdə, Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadze neft məhsulları bazarının monitorinqinin nəticələrini təqdim edib.

Qeyd edildiyi üzrə, yanacaq bazarında daha yüksək rəqabətin olması labüddür və şirkətlərlə bu məqsədə necə nail olmaq və böyük şirkətlərin istehlakçılara çox daha sərfəli qiymətə yanacaq təklif edə bilmələri ilə bağlı müzakirələr davam etdiriləcək. Levan Davitaşvili, hökumətin cari ayın sonu üçün benzin doldurma məntəqələrində yanacağın qiymətlərinin əhəmiyyətli dərəcədə azalacağına dair gözləntisinin olduğunu bildirib.

Məlumatı Gürcüstanın İqtisadiyyat Nazirliyi yayır.