Levan Davitaşvili İrlandiya Parlamentinin Aşağı Palatasının sədri ilə görüşdü
Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili İrlandiya parlamentinin aşağı palatasının sədri Şon O’Farel ilə görüşüb. İqtisadiyyat Nazirliyindən açıqlandığı üzrə, görüşdə Gürcüstan və İrlandiya arasında son illərdə sahə əməkdaşlığının, o cümlədən turizm sektorunda əhəmiyyətli dərəcədə artdığı bildirilib.
“Bundan başqa, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın son illər əhəmiyyətli dərəcədə intensivləşdiyi vurğulanıb. Bu da Gürcüstan-İrlandiya İşgüzar Şurasının yaradılmasına şərait yaradıb”.
Levan Davitaşvilinin sözlərinə əsasən, İrlandiyadan sərmayə axını və bizneslərin Gürcüstanda fəaliyyət göstərməsi müsbət qarşılanır. Qeyd edək ki, 2022-ci ildə İrlandiyadan Gürcüstana sərmayələr artaraq 120 milyon dolları keçib.
Şon O’Farelin qeyd etdiyi kimi, Gürcüstana səfərin məqsədi iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməkdir. Tərəflər Gürcüstan və İrlandiyanın bu illər ərzində sıx əməkdaşlıq nəticəsində əldə etdikləri nəticələri də nəzərdən keçiriblər.
Görüşdə Gürcüstanda və regionda baş verən hadisələrə də toxunulub” – Davamlı İnkişaf və İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunur.