Levan Davitaşvili - ilin sonuna qədər Ukraynaya generatorlar göndəriləcək, dostlarımız müxtəlif gücə malik yüksək texnologiyalı generatorlar alacaqlar
Levan Davitaşvili - ilin sonuna qədər Ukraynaya generatorlar göndəriləcək, dostlarımız müxtəlif gücə malik yüksək texnologiyalı generatorlar alacaqlar

 

Gürcüstanın vitse baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili humanitar yardımın göstərilməsi üçün ilin sonuna qədər Ukraynaya generatorlar göndəriləcəyini bildirib.

İqtisadiyyat naziri generatorların satın alınması prosesinə başlanıldığını və ukraynalı dostların müxtəlif gücə malik etibarlı generatorlar alacaqlarını bildirib.

“Generatorlarla bağlı bildiyiniz üzrə Gürcüstanın baş naziri Ukraynaya generatorlarla kömək etmək barədə qərar qəbul edib. Xronoloji ardıcıllıqla deyə bilərik ki, ukraynalı həmkarlarımızdan generatorlar və digər elektrik avadanlığı ilə bağlı kömək xahişi aldıq. Təəssüf ki, ehtiyatda həqiqətən əlavə generatorlarımız yox idi. Daha sonra Baş nazir konkret qərar qəbul etdi və bunun üçün vəsait ayrılması ilə bağlı tapşırıq aldıq və satınalma prosesinə başlanıldı. Biz ukraynalı həmkarlarımıza və dostlarımıza generatorlarla kömək edəcəyik, onlar adekvat, zəruri cihazlar, yüksək texnologiyanın çox etibarlı generatorlarını alacaqlar. Bunun üçün ekspert qrupumuz qoşulub. Artıq satınalma prosesi gedir , beləliklə ilin sonuna qədər Gürcüstandan generatorlar göndəriləcək.

Burada generatorun gücü vacibdir. Biz generatorların Ukraynada həm korpuslar, həm də yaşayış blokları üçün istifadə etmək məqsədilə maksimum elastikliyə malik olmasını və müxtəlif tutumlu olmasını planlamışıq. Beləliklə, bu, enerji baxımından yaxın bir neçə gündə tamamlanacaq yaxşı hesablanmış alqı-satqı müqaviləsidir ” -deyə Levan Davitaşvili açıqlayıb.